"BƏLƏDİYYƏLƏRİN FƏALİYYƏTİNİN TƏBLİĞİ"   İCTİMAİ BİRLİYİ

Alimpaşa Məmmədov: “Hesab edirəm ki, hazırda bələdiyyələrə uzun müddətli güzəştli kreditlərin verilməsinə ehtiyac var”

--2017-05-24 / 09:18

Belediyye.info bir sıra  rayon icra hakimiyyəti başçılarına rayon bələdiyyələrinin fəaliyyətləri,  o cümlədən icra strukturları-bələdiyyə münasibətlərinə dair suallar ünvanlayıb.

ilk olaraq Belediyye.infonun suallarını  şəmkir Rayon icra Hakmiyyətinin başçısı Alimpaşa Məmmədov cavablandırıb.

Müsahibədə icra başçısı bir çox maraqlı məqamlara toxunub, habelə öz təklif və tövsiyələrini də verməyi unutmayıb.

Müsahibəni oxucuların diqqətinə çatdırırq:

icra başçısı olaraq bu gün bələdiyyələrin fəaliyyəti Sizi qane edirmi?

 - Azərbaycanda vətəndaş cəmiyyətinin formalaşması prosesində mühüm həlqələrdən biri də yerli özünüidarəetmə orqanlarının - bələdiyyələrin inkişaf etdirilməsidir. Yerli özünüidarəetmə dedikdə, yerli əhalinin idarəetmədə birbaşa müstəqil rolu başa düşülür. Eyni zamanda, bu, üfüqi müstəvidə hakimiyyəti təmsil edir, bilavasitə dövlət - cəmiyyət münasibətlərinə işıq salır və tənzimləyir.

Bildiyimiz kimi, bələdiyyələr Azərbaycanda yeni qurulan bir sistemdir və Avropa ölkələrindən fərqli olaraq yüzillərə dayanan təcrübəyə malik deyil. Amma dövlət rəhbərliyi tərəfindən görülən ardıcıl və məqsədəmüvafiq işlər nəticəsində artıq bu sahədə xeyli irəliləyişə nail olunub və əminliklə demək olar ki, qısa müddət ərzində bələdiyyələr dövlət idarəetməsində fəal və səmərəli iştirak edən bir struktura çevriləcəklər.

-  icra strukturu ilə bələdiyyə münasibətləri Sizin rəhbəri olduğunuz rayonda hansı formada tənzimlənir? Ümumiyyətlə bu əlaqələr necə qurulub?

 - Bildiyiniz kimi, icra hakimiyyətləri ilə bələdiyyələrin qarşılıqlı münasibətləri bir sıra qanunvericlik aktları, o cümlədən, “Bələdiyyələrin statusu haqqında”, “Bələdiyyələrin maliyyəsi haqqında” və digər qanunla tənzimlənir. Yəni qanunvericilik həm əməkdaşlığın çərçivəsini müəyyənləşdirir, həm də müdaxiləsinə yol verilməyən istiqamətləri dəqiq göstərir. Məsələn, “Bələdiyyələrin maliyyəsi haqqında” qanuna görə, yerli büdcənin müstəqilliyi öz mədaxil mənbələrinin olması və bələdiyyənin yerli büdcə vəsaiti barədə sərəncam vermək hüququ ilə təmin edilir. Eyni zamanda, icra hakimiyyəti orqanlarının bələdiyyələrin büdcə fəaliyyətinə, müdaxiləsinə, qanunlarda nəzərdə tutulmuş hallar istisna olmaqla yol verilmir. Bu baxımdan, biz bələdiyyələrin fəaliyyətinə müdaxilə etmədən və onların hüquqlarını azaltmadan, onlara hərtərəfli kömək edirik.

icra hakimiyyəti tərəfindən bələdiyyələr daim dəstəklənir, onlara müxtəlif layihələrin hazirlanmasında da, icrasında da, köməklik göstərilir. Buna baxmayaraq, qarşılıqlı əlaqələrin daha da genişlədirilməsi və sağlamlaşdırılması istiqamətində fəaliyyətimizi genişləndirir, bu institutların daha da güclənməsinə çalışırıq.

- şəmkir bələdiyyələrinin hansı uğurları və problemləri var? icra başçısı olaraq mövcud problemləri  aradan qaldırmaq üçün hansı addımlar atmaq niyyətindəsiniz?

- şəmkir bələdiyyələri respublikada ən böyük layihələrə imza atan bələdiyyələr sırasındadır. ilk dəfə olaraq şəmkir rayonunun bütün bələdiyyələrinin nəzdində kənd təsərrüfatı məhsullarının istehsalı, emalı, tədarükü və satışını təmin etmək məqsədi ilə məhdud məsuliyyətli cəmiyyətlər yaradılıb.

Bu MMC-lər əhalinin məşğulluq səviyyəsinin artirilmasında da böyük rol oynayır. Yaradılmış müəssisələr bələdiyyə müəssisələri olmaqla sosial yönümlülüyü ilə səciyələnir. Artıq “Sabirkənd” MMC tikinti materiallarının satışı, “Çinarlı qəsəbə” MMC ilə “şəmkir Səbəti” adlanan yaşıl marketlər şəbəkəsini yaratmaqla kənd təsərrüfatı məhsullarının satışı ilə məşğuldur. Bundan başqa, şəmkir bələdiyyəsi nəzdində yaradılmış “Çeyrançöl” MMC kənd təsərrüfatı məhsulları, “Abad şəmkir” MMC su, kompot, mürəbbə, “Morul” MMC tikinti materialları istehsal edir. Çənlibel bələdiyyəsi nəzdində yaradılmış “Maral” MMC-nin maralçılıq təsərrüfatı, “Qaracəmirli” MMC-nin quşçuluq təsərrüfatı yaradılmışdır. Yaxın vaxtlarda digər bələdiyyələr də bu tipli layihələrə qoşulacaq. Problemlərə gəldikdə isə əsas məqam maliyyə resurslarının yetərincə olmamasıdır ki, bu çətinliyin də aradan qaldırılması istiqamətində həm dövlət rəhbərliyi səviyyəsində, həm də bilavasitə regionlarda məqəsədəmüvafiq işlər görülür.

-Qeyd etdiniz ki, rayonlarımız arasında ən çox bələdiyyə müəssisələri məhz  şəmkirdə yaradılıb. şəmkir Rayon icra Hakimiyyətinin təşəbbüsü və dəstəyi ilə yaradılan bu müəssisələrin rayon üçün hansı fayda verməsi nəzərdə tutulub?

Bəli, artıq şəmkirdə 42 bələdiyyə nəzdində 46 MMC yaradılıb ki, onlar da tikinti, ekoturizm, kənd təsərrüfatı və digər sahələrdə fəaliyyət göstərirlər. Bu müəssisələr sayəsində ekoturizmin inkişafı, əhalinin yerli və keyfiyyətli kənd təsərrüfatı məhsulları, tikinti materiallarıyla təmin edilməsi ilə yanaşı, yeni iş yerlərinin yaradılması nəticəsində əhalinin sosial rifahının yaxşılaşdırılmasına zəmin yaranır.

 -Sizin fikrinizcə, şəmkir bələdiyyələrinə hansı əlavə maliyyə istiqaməti və ya səlahiyyəti vermək olar?

 - əminliklə deyə bilərik ki, həm bütövlükdə Azərbaycanda, həm də rayonumuzda bələdiyyə sisteminin formalaşması sahəsində əhəmiyyətli işlər aparılıb, onların fəaliyyətinin təşkilati-hüquqi bazası formalaşdırılıb. Artıq bələdiyyə sisteminin inkişafı yeni mərhələyə keçib və yerli özünüidarə orqanlarının maliyyə-iqtisadi bazasının optimal formalaşması məsələsi qarşıya qoyulur. Çünki yerli özünüidarə institutunun fəaliyyətinin effektivliyi bələdiyyə sisteminin maliyyə bazasının möhkəmlənməsindən bilavasitə asılıdır. Bu baxımdan, hesab edirəm ki, hazırda bələdiyyələrə uzun müddətli güzəştli kreditlərin verilməsinə ehtiyac var. Belə olan halda onlar nəzərdə tutulan layihələri daha qısa müddətdə və daha səmərəli şəkildə icra edə bilərlər. Onu da deyim ki, bununla əlaqədər şəmkirdə artıq müəyyən işlər görülüb. Belə ki, bələdiyyələrin maliyyə durumunu yaxşılaşdırmaq üçün şəmkirdə bank olmayan kredit təşkilatı – “şəmkir Aqro Kredit ittifaqı” yaradılıb. Bu qurum vasitəsilə bələdiyyələrə layihələrin icrası üçün maliyyə dəstəyi verilir.

- Azərbaycanda bələdiyyə sisteminin inkişafı üçün hansı təklif və tövsiyyələri verərdiniz?

- Bir az əvvəl qeyd etdiyim kimi, yerli özünüidarə orqanlarının səmərəliliyi onların maliyyə bazasının möhkəmlənməsindən asılıdır. Buna görə, hesab edirəm ki, bələdiyyə sisteminin inkişafı üçün dövlət dotasiyadan əlavə maliyyə mənbələri formalaşdırılmalı və möhkəmləndirilməlidir. Həm bələdiyyələr yerli büdcənin gəlirlər hissəsinin təmin edilməsi istiqamətində fəaliyyətini gücləndirməli, həm şəmkirdə olduğu kimi, digər regionlarımızda da bələdiyyələrin nəzdində istehsal və emal müəssisələri yaradılmalı, həm də bu işlərin görülməsi üçün maliyyə mənbələri tapılmalıdır. əminəm ki, məsələyə kompleks yanaşma bələdiyyə sistemini inkişafın yeni məhələsinə qədəm qoymasına şərait yaradar və yerli özünüidarə orqanları, özləri də möhkənlənməklə, bir çox sosial məsələlərin həllində daha yaxından işirak edə bilərlər.

Belediyye.info

ŞƏRHLƏR